14 Dekabr 2017 08:57
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ATR-42 Fon-dyu-Lak hava limanından qalxdıqdan bir neçə saniyə sonra yerə çırpılıb.

Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Qəzanın səbəbləri məlum deyil.


Müəllif: Samir