16 Dekabr 2017 14:09
3 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:31

Türkiyənin sabiq baş naziri Məsud Yılmaza ağır itki üz verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, sabiq baş nazirin oğlu Yavuz Yılmaz dünyasını dəyişib.

***

Türkiyənin eks-baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın ölüm səbəbinin intihar olması açıqlanıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Yavuz Yılmaz yatağında silahla vurulmuş halda aşkar edilib. Polis insidentin intihar olma ehtimalını dəyərləndirir.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu buildirib ki, Məsud Yılmaz hazırda ABŞ-dan vətənə dönür: “Həmkarlarımın incələmələri isə davam edir".

Qeyd edək ki, Məsud Yılmaz-Berna Yılmaz cütlüyünün 2 övladından biri olan Yavuz Yılmazın atasının baş nazirlik etdiyi dövrdə çəkilən şəkillər onun utancaqlığını göstərir. Deyilənə görə, Yavuz Yılmaz qardaşından fərqli olaraq kameralardan uzaq durmağı üstün tuturmuş.


Müəllif: İlhamə Əbülfət