16 Dekabr 2017 20:25
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbs edilən PKK terrorçusu özünü polis idarəsinin 3-cü mərtəbəsindən ataraq intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə Alaniya şəhərində baş verib.

Alaniyaya avtobusla gələn 24 yaşlı terrorçu M.A. qəsəbəyə giriş zamanı həbs edilib. PKK üzvü olduğu və uzun müddət dağlarda qaldığı təsdiqlənən 24 yaşlı terrorçunu dindirmək məqsədilə polis idarəsinə gətiriblər.

Terrorçu qaçmaq məqsədilə özünü üçüncü mərtəbədən yerə atıb. Lakin bu zaman aldığı zədələrdən qaça bilməyib. Polis terrorçunu dərhal xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Cavad