16 Dekabr 2017 19:57
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Xamovniki rayonunda 34 yaşlı kişi polisə zəng edərək, "Batoni" kafesində naməlum şəxslərin kriptovalyuta (bitkoin) satmaq adı ilə onu aldadaraq, 300 min avro və 50 min ABŞ dolları pulunu oğurladıqlarını bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu, Rusiyada ilk belə hal deyil. Belə ki, noyabrın 16-da Moskvada iki kişi 15,1 milyon rubl dəyərində bitkoinlərin satışı barədə razılığa gəliblər. Bitkoinlərin ödənişi zamanı 6-8 nəfər ofisə basqın edərək, zorla bitkoin satan şəxsin aldığı pulları ələ keçirib. Hücum edənlər kriptovalyuta alanın dələduz olduğunu bildirib və iki həftədir onu axtardıqlarını deyiblər. Onlar pulları götürərək, hadisə yerindən uzaqlaşıblar.

Daha bir hadisə Kaluqa vilayətində baş verib. Burada 1000 rubl ödəyib 2 bitkoin alan şəxs sonradan bitkonilrin saxta olduğunu başa düşüb.


Müəllif: Nahid