17 Dekabr 2017 18:48
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunun Bılığ kəndi ərazisində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, kənd sakini Füzuli Şeydayev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından xəsarət alıb.

Füzuli Şeydayev xəstəxanaya yerləşdirilib. Onun ailə üzvləri müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq Qəbələ rayon polis şöbəsinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov