3 Avqust 2014 13:04
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə baş verən gərginliyə, Azərbaycan Ordusunun Erməni Silahlı Qüvvələrinə qarşı keçirdiyi əməliyyata, düşmənin çoxlu sayda itki verməsinə Cümhuriyyət Xalq Partiyası da (CXP) münasibətini açıqlayıb. P

artiyanın sədri Bədrəddin Quliyev Teleqraf.com-a deyib ki, Azərbaycan cəmiyyəti mövqeyini ortaya qoymalı, dövlət və millət bir yerdə olmalıdır. Onun sözlərinə görə, bütün siyasi qüvvələr fəaliyyətini dayandırmalı və hər şey vətən üçün prinsipi ilə mübarizəyə qoşulmalıdır: “Azərbaycanın dostları da, düşmənləri də bilməlidir ki, dövlətlə xalq bir yerdədir. Biz neçə illərdir ki, bu günləri gözləyirdik. Dünən Azərbaycan Ordusunun qətiyyətli hücumları ölkədə milli vətənpərvərlik ruhunu gücləndirdi. Faktiki olaraq cəmiyyətdə bir ruh yüksəkliyi mövcuddur. Biz çoxdan gözləyirdik ki, düşmənə cavab verək. Azərbaycan Ordusunun son addımları, düşmənə layiqli cavab verməsi, cəbhədə atəş mövqeləri göstərməsi, düşmənin iyirmi canlı qüvvəsinin məhvi, onlarlaəsgərinin yaralanması, atəş mövqelərinin dağıdılması faktdır. Ermənistanın arxasında olan qüvvələrin atəşkəslə bağlı Azərbaycana müraciət etməsi göstərir ki, Azərbaycan Silahlı Qüvvələri öz sözünü deməyə qadirdir və deyir. Bu proses davam etməlidir”. B. Quliyev əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı əsgər olaraq bu prosesə qatılmalıdır: “Şəxsən mən snayperimi çiynimə alıb döyüşə hazıram. Hər birimiz səfərbər olmalı, ehtiyac olarsa müharibəyə getməliyik. Hesab edirəm ki, regionda gedən proseslərin nəticəsində ortaya çıxan təhdidlərdən qorxmaq lazım deyil. Qanla alınan torpaqlar, qanla da geri qaytarılmalıdır. Hər şey cəbhə üçün, hər şey vətən üçün prinsipinə uyğun olaraq biz müharibəyə hazır olmalıyıq. Əsas məqsəd bu olmalıdır. Bu məsələdə mənm, sənin məsələsi yoxdur, torpaq məsələsi var. Öncə vətən, öncə torpaq, öncə millət şüarı ilə bu prosesə qoşulmalıyıq”.

Cavidan


Müəllif: