8 Yanvar 2018 15:09
5 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Türkiyə-Suriya sərhədində 1999-cu ildə işıq saçan cismləri izləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu TSK-nın ehtiyatda olan generalı, 7-ci korpusun komandiri Doğan Təməl açıqlayıb.

Həmin hadisə haqqında Təməl müəllifi olduğu “Nəvəm sənə hansını başa salsam” kitabında məlumat verib:

“Korpusun hərəkət mərkəzində vəziyyətə nəzarət edirdim və bu zaman Suriya ilə sərhəddə işıq saçan iki obyekt gördüm. Suriyaya aid helikopterlər olduğunu düşündüm. Ancaq əldə etdiyimiz görüntülər çox qəribə idi. Həmin obyektlər çox sürətlə hərəkət edirdilər. Korpusda olan 2 ədəd F-16 qırıcısının havaya qalxması əmrini verdim. Onlar işıq saçan obyektlərlə bağlı mənə məlumat verməli idilər. F-16-lar həmin cismlərə yaxınlaşanda bütün elektrik avadanlıqları dayandı və təyyarə geriyə hərəkət etməyə başladı.

Gecə saatlarına qədər izlədik. Helikopter olsaydı, havada bu qədər qala və bu sürətlə hərəkət edə bilməzdi. Səhər saatlarında həmin naməlum obyektlərdən birinin Nusaybin bölgəsində endiyini gördük və dərhal həmin bölgənin jandarma idarəsinə məlumat verdik. Həm də Nusaybinə xüsusi qüvvə göndərdim. Ancaq biz ora çatanda obyekt yoxa çıxmışdı. Kəndlilər də onu görəndə qorxuya düşmüşdülər. Səhər saatlarında isə digər obyekt də yoxa çıxdı. Hadisədən sonra ilk işim şahidləri dindirmək oldu. Hər kəs iki tərəfi kəsilmiş almaya oxşar obyekti gördüklərini bildirirdilər.

Əlimdə bir il öncə Diyarbəkirin cənubunda çəkilmiş 4 naməlum obyektin görüntüləri vardı. Şahidlər budəfəki obyektin də onlara oxşadığını bildirdilər.

Hadisədən bir gün sonra oxşar obyekt Şırnakda görüntüləndi. Ancaq çəkilən fotolar onun formasının təsbit olunmasına imkan vermədi”.


Müəllif: Samir