10 Yanvar 00:58
163

Yunanıstanda işçilərin tətil günlərinin azaldılmasını nəzərdə tutan qanun layihəsi etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, narazı insanlar əmək naziri Efi Ahçioglounun kabinetinə girərək ondan qanun layihəsini geri götürməsini tələb ediblər.

Sosialistlər Cəbhəsinin çağırışı ilə bir araya gələn insanlar Əmək Nazirliyinin binasına daxil ola biliblər. Binanın 8-ci mərtəbəsində yerləşən nazirin kabinetinə gələn insanlar burada Efi Ahçiogloundan qanun layihəsini geri çağırmasını tələb ediblər.

Ahçioqlou isə tələbi rədd edib. Nazirlə etirazçılar arasında gərginlik yaşanıb. İnsanlar tələblərini irəli sürəndən sonra binanı tərk ediblər.


Müəllif: Ayxan