10 Yanvar 2018 20:54
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Şəmkirdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkirin Sabirkənd kəndində ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 kv.m sahədə və evə bitişik ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Yasamal rayonunda da üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı mənzilin hamamının dam örtüyü 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.


Müəllif: Teleqraf.com