11 Yanvar 2018 00:42
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır.


Müəllif: Teleqraf.com