11 Yanvar 2018 22:49
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın məşhur “Borussia” (Dortmund) futbol komandasının 9 üzvü toyuq dönərindən zəhərlənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Borussia”da təmsil olunan türk futbolçular Nuri Şahin ve Ömər Torpaq, o cümlədən Roman Bürki, Roman Veidenfeller, Mark Bartra, Andre Schürrle, Kristian Pulisik, Jakob Bruun Larsen, Dominik Reiman xəstəxanalıq olub. Onlara mədə-bağırsaq iltihabı diaqnozu qoyulub. Həkimlər futbolçuların Bundesliqanın ikinci mərhələsinin ilk matçında Volsburqla qarşılaşmaya qədər yaxşılaşacağını bildiriblər.

Dönər yeməyən futbolçuların səhhətinin qaydasında olduğu vurğulanıb.


Müəllif: Kəmalə