12 Yanvar 2018 14:13
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:09

Türkiyənin Şırnak bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza zamanı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisənin İstanbuldan İraqa gedən avtobusda baş verdiyi bildirilir.

Qəzanın səbəbləri məlum deyil.

***

Şırnakı Silopi rayonunda baş verən qəzada ölənlərin İraq türkmənləri olduğu açıqlanıb.

Məlumatlara görə, İraqdakı daxili müharibədən qaçaraq, Türkiyəyə sığınan və sakitlik bərpa olunduğu üçün ölkəsinə geri dönməyə çalışan türkmənlər naməlum səbəbdən qəzaya düşüblər.

Ölənlərdən 3-nün azyaşlı olduğu bildirilib.


Müəllif: Samir