13 Yanvar 19:37
324

ABŞ Prezidenti Donald Trampın 2006-cı ildə münasibətdə olduğu porno-ulduz Fırtınalı Danielsə mətbuata danışmaması müqabilində 130 min dollar ödədiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, yeni şok iddia ciddi müzakirə mövzusudur.

İddiaya görə, Donald Tramp 2006-cı ildə “Firtınalı Daniels” ləqəbli prono-ulduz Stefani Klifford ilə münasibətlər qurub. 2016-cı ildə isə Tramp gənc porno-ulduza mətbuata danışmaması üçün 130 min dollar verib.

Adı açıqlanmayan mənbələr bildirib ki, Daniels 2016-cı ilin sonunda verəcəyi müsahibənin qonorarı ilə bağlı ABC televiziyasında “Sabahın xeyir, Amerika” proqramının təşkilatçıları ilə müzakirə aparıb və onlara Tramp haqqında danışmağa hazır olduğunu deyib.

Prezident Donald Trampın vəkilləri isə bu iddiaları rədd edir, xüsusilə cinsi münasibətlər mövzusunu uydurma adlandırır.


Müəllif: Cavad