15 Yanvar 2018 18:21
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi İstanbul şəhərində antiterror əməliyyatı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis 21 bölgədə axtarış işləri aparıb.

Əməliyyat zamanı 84 nəfər saxlanılıb. Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.

İstanbul məhkəməsi 45 nəfər barəsində həbs qərarı çıxarıb.


Müəllif: Samir