16 Yanvar 2018 11:43
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Teleqraf.com-a bildirib ki, "Teleqüllə"dən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib, sürüşmə sahəsi aktivləşib.

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.

“Ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15-20 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.


Müəllif: Teleqraf.com