18 Yanvar 2018 10:55
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında deputat güllələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Neftekamsk şəhərində erməni icmasının nümayəndələri ilə yerli deputat İldus Şamsiyarov arasında mübahisə düşüb.

Məsələ ilə bağlı deputat özü məlumat verib:

“Biz həmin imca tərəfindən yerli sakinə məxsus traktorun yararsız hala salınması ilə bağlı məsələni araşdırmaq üçün onlarla görüşmək qərarına gəldik. İcmanın yerləşdiyi binaya daxil olarkən, başıma tapança dayadılar. Yanımdakı mexaniki isə döydülər. Əlimə atəş açdılar və məni döydülər. Bundan sonra xəstəxanaya aparıldım”.

Başqırdıstan polisi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.


Müəllif: Samir