11:05
Qazaxıstanda sərnişin avtobusu qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəzadan sonra avtobusda güclü yanğın baş verib.
Olay Aktübinsk vilayətində meydana gəlib.
Hadisə nəticəsində azı 52 nəfər həlak olub. Qəzadan bir nəfər xilas olub, 5 nəfər isə ağır xəsarət alıb.
***
11:36
Güclü yanğın baş vermiş avtobusdakı şəxslərin hamısı Özbəkistan vətəndaşı olub.
Bununla bağlı Qazaxıstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, hadisə zamanı avtobusda 55 sərnişin və 2 sürücü olub:
"Xəstxanataya çatdırılan 5 yaralının vəziyyəti ağırdır".
***
Qazaxıstanda 52 nəfərin ölümü ilə nəticələnmiş avtobus qəzasının səbəbini izah edən ilkin versiyalar açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, birinci ehtimal Qazaxıstan Fövqəladə Hallar İdarəsi tərəfindən açıqlanıb.
Bildirilib ki, avtobusun naqillərində qısaqapanma olub və qapılar bloka düşüb.
Digər versiya isə şahidlər tərəfindən səsləndirilib. Onlar sərnişinlərin avtobusda lampa vasitəsi ilə qızındığını bildiriblər. Bu zaman iki sərnişin arasında mübahisı düşüb. Sərnişinlərdən biri digərinə neftlə dolu butulka atıb. Butulkanın lampaya dəyməsi nəticəsində avtobusda yanğın baş verib.
Bu arada, Qazaxıstan İstintaq Komitəsi avtobusun sərnişin daşımaq üçün lisenziyasının olmadığını açıqlayıb.