18 Yanvar 2018 13:58
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:28

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

Teleqraf.com-un məlumatına əsasən, Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qaçırılan riyaziyyat müəllimi bu ilin sentyabr ayından kənd məktəbində işləyib:

“O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.

A.Əhmədov bildirib ki, qızın ailəsi polisə müraciət edib: “Qızın ailəsı artıq kəndə gəlib, polis də ailənin şikayəti əsasında araşdırma aparır. Qızın hara aparılması barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, qaçırılan qızın Şəmkir rayon sakini olduğu bildirilib. O, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib. Onun başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.


Müəllif: Teleqraf.com