19 Yanvar 2018 11:26
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:36

Şamaxıda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib.

Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayonun Quşçu kənd sakini çobanlıqla məşqul olan Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır, Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

***

10:17

Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Rayonun Quşçu kənd sakini, 22 yaşlı Natiq Bünyadov ov tüfəngindən atəş açaraq qonşusu, 38 yaşlı Zaur Hacıyevi 4 uşağının gözü qarşısında güllələyib.

Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Daxili İşlər Nazirliyi Şamaxıda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, yanvarın 18-də Şamaxı şəhər sakini Zaur Hacıyevin odlu silahla qətlə yetirilməsi barədə daxil olan məlumat əsasında rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyevi qonşu fermada yaşayan Natiq Bünyadovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov