20 Yanvar 2018 09:24
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əskişəhər şəhərində ağır yol qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ankaradan Bursaya gedən tur avtomobili Əskişəhər-Bursa yolunun 3-cü kilometrliyində yol kənarındakı ağaclara dəyib.

Qəza nəticəsində sərnişinlərdən 13-ü ölüb, 42 nəfəri isə yaralanıb. Yaralılar Təcili Tibbi yardımla xəstəxanaya aparılıblar.


Müəllif: Sara