20 Yanvar 2018 11:41
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:07

Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakının mərkəzində yanğın başlayan yaşayış binası həm də tarixi bina sayılır.

Məlumata görə, İçərişəhərin girişində, Vəli Məmmədov küçəsi 24 ünvanındakı tarixi beşmərtəbəli binada başlayan yanğın binanın mansardını və damını bürüyüb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın lakollaşdırılıb. Hadisə yerindən fotoları təqdim edirik: (Foto: APA)

***

Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.

“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var.

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Binada yaşayan sakinlər təxliyyə olunub.

***

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hazırda yanğın məhdudlaşdırılıb.

Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu, Vəli Məmmədov küçəsi 24 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğın, yanğın bölmələri tərəfindən söndürülub. İlkin məlumata əsasən, dam örtüyünün yanar kostruksiyaları təqribən 250 kvadrat metr sahədə yanıb.


Müəllif: İlhamə