22 Yanvar 2018 01:53
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan iki azyaşlını xilas ediblər.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com