22 Yanvar 2018 08:27
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ticarət mərkəzinin qarşısında partlayış törədilib.

Teleqraf.com xəbər verir ki, Leyk-Uels şəhərində ticarət mərkəzinin qarşısında əldə düzəldilmiş partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. Ticarət mərkəzi təxliyə edilib. İnsidentlə əlaqədar iki nəfərin axtarıldığı bildirilir.

/apa/


Müəllif: Teleqraf.com