22 Yanvar 2018 16:03
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:15

71 nömrəli sərnişin avtobus "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsi baş verən qəza ilə bağlı araşdırma aparılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, agentlik məlumat daxil olan kimi daşıyıcı şirkətlə əlaqə saxlayıb: “Araşdırma gedir və agentlik səlahiyyətləri çərçivəsində tədbir görəcək”.

Mais Ağayev əlavə edib ki, bəzən mətbuatda “BNA-a məxsus filan nömrəli marşrut” tipli məlumatlar gedir: “Bildirim ki, heç bir avtobus, marşrut Bakı Nəqliyyat Agentliyinə aid deyil. Agentlik yalnız nəzarətedici qurumdur. Avtobuslar isə daşıyıcı şirkətlərə məxsus olur”.

Qeyd edək ki, "Azadlıq" prospektində, Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında 71 nömrəli sərnişin avtobus "VAZ 2107" markalı avtomobillə toqquşması ilə nəticələnən qəza baş verib.

***

Bakıda avtobusla minik maşınının toqquşması nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən ("90 BS 743 DQN") sərnişin avtobusu "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza "VAZ 2107" markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəzaya uğramış avtobusun BNA-ya məxsus olmasına gəlincə, qurumdan bildiriblər ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur.

Qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir.


Müəllif: Şəfiqə Nazimqızı