22 Yanvar 2018 16:09
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 kv.m olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 kv.m olan bitişik tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com