23 Yanvar 2018 13:33
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Davos şəhərinə güclü qar yağıb.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bəzi yerlərdə qarın qalınlığı 1,5 metrə çatıb.

Yollarda hərəkətin iflic olduğu bildirilir.

Məlumatlara görə, yerli idarəetmə orqanları şəhərin ucqar yerlərində beşinci dərəcəli uçqun təhlükəsi elan ediblər.

Gün ərzində güclü qarın davam edəcəyi bildirilir.

Bu arada bu gün qar Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunun iştirakçılarının işinə də təsir göstərib. İştirakçıların forumun keçiriləcəyi yerə şəxsi nəqliyyat vasitələri ilə deyil, qatarlarla aparıldığı qeyd edilir.

Xatırladaq ki, güclü qar forumun təşkilatçılığına da ciddi təsir göstərib.


Müəllif: Samir