23 Yanvar 2018 19:36
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Filipsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər və polislər cəlb edilib.

Qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu haqda, heç bir məlumat yoxdur.


Müəllif: Teleqraf.com