26 Aprel 2014 10:04
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın növbəti qurultayının Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.

Teleqraf.com-un məlumatına görə, A.Hacılı "Yeni Müsavat"a bildirib ki, ADP-nin qərargahındakı zal 120-130 nəfərlikdir: "Ona görə də Müsavat Partiyasının qurultayının orada keçirilməsi qeyri-mümkündür. Qurultay nümayəndələrinin sayı 600-ə yaxındır. Sərdar Cəlaloğluya təklifinə görə təşəkkür etməklə yanaşı qeyd etmək istəyirəm ki, biz hər halda qurultayımızı keçirmək üçün yer tapmağa nail olacağıq”.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu modern.az-a açıqlama verərək bildirib ki, BŞİH növbəti dəfə də Müsavat Partiyasına qurultay keçirmək üçün yer verməyəcəyi təqdirdə çıxış yolu var. Belə ki, S. Cəlaloğlu Müsavata qurultay üçün ADP-nin konfrans zalını verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Müsavat Partiyası qurultaya yer ayırmaq xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktublara cavab verilmədiyindən BŞİH-ni məhkəməyə verib. A.Hacılı məlumat verdi ki, aprelin 29-da 1 saylı İqtisad Məhkəməsində Müsavat Partiyasının şikayətinə baxılması nəzərdə tutulub.


Müəllif: