6 Avqust 2014 12:15
2 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın təxribatlarının nəticəsi ağır olacaq”

“Ermənistan dünya güclərinin münaqişələrə ikili standartlarla yanaşmasından istifadə edir. Qəzzada baş verən hadisələrin eynisini Ermənistan Xocalıda törədib və dünya birliyi tərəfindən məsuliyyətə cəlb edilmədiyindən işgalçı siyasətini davam etdirir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri İslam Konfransı Gənclər Forumunun Baş katibi Elşad İskəndərov İstanbulda Qəzza hadisələrinə həsr olunmuş sosial media kampaniyası çərçivəsində keçirilən tədbirdə “Anadolu Ajansı” müxbirinin son günlər Ermənistan-Azərbaycan təmas xəttindəki hadisələrlə bağlı sualını cavablandırarkən bildirib.

Toplantıya qatılan Türkiyənin aparıcı KİV nümayəndələrinin cəbhədəki son hadisələrin səbəbləri ilə bağlı suallarını cavablandıran İKGF Baş Katibi qeyd edib ki, dünya birliyinin diqqətinin Qəzza hadisələrinə yönəldiyi bir vaxtda Ermənistanın bu təxribatı Azərbaycanı silahlı münaqişəyə sövq etməkdən ibarətdir.

Ermənistanın təcavüzünün Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinə qarşı yönəlmiş bir addım olduğunu bildirən E.İskəndərov bu günə qədər Ermənistanın BMT təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyini və dünya birliyinin ikili standartlarından yararlandığını vurğulayıb. Ermənistanın son təxribat hücumlarının nəticəsində Azərbaycanın verdiyi itkilərlə bağlı verilən suallara münasibət bildirən E.İskəndərov Türkiyə mediasının nümayəndələrinə şəhidlərimizlə bağlı verdikləri başsağlıqlarına görə təşəkkürünü bildirərək Azərbaycan ordusu tərəfindən erməni silahlı qüvvələrinin bütün hücumlarının dəf edildiyini xüsusi vurğulayıb:

“Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu Ermənistanın istənilən təxribatına layiqli cavab vermək gücündədir. Təxribatlar davam edərsə, Ermənistan bunun daha ağır bədəlini ödəyəcəkdir”.

Qeyd edək ki, Türkiyə ictimai rəyində Ermənistan-Azərbaycan münaqişə xəttində baş verən son qarşıdurmalarla bağlı mövzuya artan marağı nəzərə alaraq E.İskəndərov həmçinin Türkiyənin “SkyTurk” kanalında qatıldığı xəbər proqramında da cəbhədəki son hadisələri şərh edib.

BƏXTİYAR


Müəllif: