9 Fevral 2018 20:45
2 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Səbail rayonunda yerləşən orta məktəblərin birində (məktəbin nömrəsi bəlli olsa da yazmırıq - red) 9 və 7-ci sinif şagirdləri arasında məktəbliyə yaraşmayan video-görüntülər yayıb.

Teleqraf.com xəbər verir ki, videoda şagirdlərin məktəbin geyinmə otağındakı cinsi münasibətləri açıq-aşkar qeydə alınıb.

Faktla bağlı Təhsil Nazirliyindən "baku.ws"ə açıqlama verilib.

"Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.

Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur", - deyə açıqlamada bildirilir.


Müəllif: Teleqraf.com