11 Fevral 15:24

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" hərəkatında şəhid olan çavuş Ömər Bilal Ağpınarın məktubu üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məktub Bilalın əsgər yoldaşı tərəfindən ailəsinə təqdim edilib:

"Qardaşım, səndən ricam var. Mənə bir şey olana qədər bu məktub səndə qalsın. Bu döyüş haqq ilə nahaqın, imanla inkarın savaşıdır. Ona görə anama, atama, qardaşıma, Nura deyin ki, üzülməsin, həyatlarının qalanını rahat yaşasınlar. Anama istədiyi evi alsınlar. Arada dua etsinlər. Üzülməklə həyatlarını bitirməsinlər. Atam da haqqını halal etsin. Nura deyin ki, mən ondan doymadım. O da haqqını halal etsin. Üzülməsin, o biri dünyada bir-birimizə qovuşacağıq. Hamınız haqqınızı halal edin".


Müəllif: Samir
Загрузка...