12 Fevral 2018 16:44
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Vaqo kəndi ərazisində "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayonun Miki kənd sakini, 1964-cü il təvəllüdlü Cabbar Nəsirov isə yol qəzasında ağır bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/


Müəllif: Teleqraf.com