12 Fevral 2018 23:13
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva-Surqut marşrutu üzrə uçan “Boeing” sərnişin təyyarəsi qəza səbəbindən “Vnukovo” hava limanına təcili eniş edib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, sərnişin salonundakı tüstülənmə təyyarənin uçuşu yarımçıq saxlamasına səbəb olub.

Təyyarənin göyərtəsində 130 nəfər olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. Qəzanın səbəbləri araşdırılır.


Müəllif: Ayxan