6 Avqust 2014 14:48
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtidar-müxalifət münasibətləri arxa plana keçirilməlidir”

Vətəndaş və İnkişaf Partiyası (VİP) son günlər cəbhə xəttində baş verən gərginliklə bağlı daxili məsələlərə moratorium elan edib.

VİP sədri Əli Əliyev Teleqraf.com-a bildirdi ki, düşmənin cəzalandırılması ilə bağlı istənilən addım cəmiyyətdən dəstəklənməlidir:

“Hesab edirik ki, müharibə məsələsində iqtidar-müxalifət münasibətləri arxa plana keçirilməlidir. Artıq təmas nöqtəsində baş verənlərə beynəlxalq reaksiyalar gəlməyə başlayıb.
Müasir dövrdə aparılan hərbi əməliyyatların informativ təminatının vacibliyini nəzərə alsaq, ölkədən çıxan istənilən məlumat Ordunun fəaliyyətini məhdudlaşdırmaq üçün səbəb ola bilər. Əgər iqtidar özünü Mübariz İbrahimov və Ramil Səfərov məsələsində olduğu kimi aparacaqsa, şəhidlərimizin qanının alınması, işğal olunmuş ərazilərin azad edilməsi üçün hərəkətə keçəcəksə, qətiyyət nümayiş etdirəcəksə, hərbi əməlyyatlar getdiyi dövrdə Vətəndaş və İnkişaf Partiyası olaraq bütün iç ixtilaflara moratorium qoyuruq və mövzusundan asılı olmayaraq daxili problemlərin müzakirəsini dayandırırıq. Eyni zamanda siyasi mübarizənin tərəfi olan bütün həmkarlarımıza müvafiq addım atmağı təklif edirik”.

Əli Əliyev söyləyib ki, ayrı-ayrı partiyalar Qarabağ mövzusu ilə bağlı bir araya gəlməyi təklif edib:

“Müsavat başqanı və digər partiya sədrlərinin buna bənzər fikirləri olub. Partiya adından bəyanatımızı yaymışam. Hesab edirik ki, milli maraqlar olduğu məqamda birgə mövqe ortaya qoyulmalıdır. Ancaq müxalifət düşərgəsinin özünəməxsus davranış tərzi var. Bu davranış daha çox şəxsi maraqlara xidmət edir. Hətta potensial müxalifət rəqiblərindən hər hansı faydalı mövqe belə görməzliyə vurulur və haqqında mənfi imic formalaşdırılır. Ona görə də yaxın gələcəkdə müxalifətin hər hansı məsələ ilə bağlı bir araya gələcəyinin perspektivini az görürəm”.

Nərgiz


Müəllif: