13 Fevral 2018 09:45
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan Vergilər Nazirliyinin Departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq./Report/


Müəllif: Teleqraf.com