13 Fevral 2018 12:55
7 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Egey dənizində Kardak adası yaxınlığından Türkiyə sularına daxil olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu zaman Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi hərəkətə keçib və yunan gəmisinə xəbərdarlıq edib.

Olay zamanı yunan və türk gəmiləri toqquşub. Hadisə nəticəsində Yunanıstana məxsus gəmi zərər çəkib.

İnsidentlə bağlı hələlik heç bir tərəf açıqlama verməyib.


Müəllif: Samir