13 Fevral 19:42
435

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn zaman relsin üstünə düşüb

Bu barədə Teleqraf.com-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində baş verib: "Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub".

Qatarın altına yıxılan qadının şəxsiyyəti müəyyən edilib. O, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızıdır. Onun epilepsiyadan əziyyət çəkdiyi bildirilir. Hadisə yerinə gələn təcili yardım xidməti qadına ilkin tibbi yardım göstərib. Qatarların hərəkəti bərpa edilib.


Müəllif: Ruslan