16 Fevral 2018 21:58
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika məhkəməsi "Feysbuk" şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belçika məhkəməsi qərar çıxarıb.

Qərara görə, şirkət Belçika qanunlarına uyğun olmadığı təqdirə şəxslərin internetdən istifadə məlumatlarını izləməyi dayandırmalıdır.

"Feysbuk" Belçika qanunlarını pozduğu üçün 100 milyon avro cərimə edilib. "Feysbuk"un hüquqşünasları məhkəmənin qərarından yuxarı instansiyaya şikayət edib.


Müəllif: Teleqraf.com