17 Fevral 2018 01:13
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Terror təşkilatının fəaliyyətini təbliğ etdiyi üçün həbs edilən Almaniyanın “Di Velt” (“Die Welt”) qəzetinin müxbiri Dəniz Yücəl ötən gün ekstradisiya edilib.

Teleqraf.com xəbər verir ki, Dəniz Yücel özəl təyyarə ilə Berlinə uçub.

Xatırladaq ki, türk əsilli alman vətəndaşı, “Di Velt” qəzetinin müxbiri Dəniz Yücəlin ötən il fevralın ortalarında Türkiyədə həbsi iki ölkə arasında gərginlik yaradıb.

Almaniyanın önəmli mətbuat orqanı olan “Di Velt”in Türkiyə təmsilçi olan D.Yucel 10 sentyabr 1973-cü ildə Almaniyada doğulub. Müxbir olmaqla yanaşı, o köşə yazıları və yazıçılığı ilə də kifayət qədər tanınıb. Berlin Özgür Universitetinin siyasət bölümünü bitirib. 2015-ci ildən “Di Velt” qəzetinin Türkiyə təmsilçisi olub. O, 2011-ci ildə “Kurt Tucholsky Edebi Yayıncılık” mükafatına layiq görülüb. 2014-cü ildə Almaniyada ilin jurnalisti seçilib. Yucel 2014-cü ildə Gezi Parkı hadisələri əsasında “Müxalif Türkiyə” portreti çəkib. “Hər yer Taksim” adlı kitabın müəllifidir.


Müəllif: Ruslan