17 Fevral 2018 12:10
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota”, Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.


Müəllif: İlhamə