18 Fevral 2018 12:11
3 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-da təcavüzə məruz qalan 4 yaşlı qızın öldüyü haqda yayılan xəbərlər yalandır.

Teleqraf.com xəbər verir ki, bu haqda Adana prokurorluğunun təkzibində bildiriir. Qızcığazın həyatı təhlükəsi yoxdur və “Hatay”da ailəsi ilə birlikdədir. Türkiyəni ayağa qaldıran manyakın isə həbs olunduqdan sonra təkadamlıq kamerada saxlanıldığı deyilir. Onun hansı həbsxana saxlanması təhlükəsizliyə görə gizli saxlanılır.

Qeyd edək ki, fevralın 10-da qonşusunun toyunda iştirak edən 20 yaşlı Sədat Kəsər toy sahibinin evinə girib. İddialara görə, otaqda yatan 4 yaşlı qıza təcavüz edən cinayətkarı toya gələn qonaqlardan biri görüb və dərhal müdaxilə edib. Səs-küyü eşidən digər qonaqlar da otağa girib manyakı öldürmək istəyiblər. Çılpaq halda onların əlindən qaçan Sədatı polis həbs edə bilib.


Müəllif: Cabbar