18 Fevral 2018 20:24
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən festival çərçivəsində dirəyə çıxma yarışında faciə yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın Anjero-Sudjenski şəhərində baş verib.

Şəhərdə keçirilən festival çərçivəsində dirəyə çıxma yarışı zamanı iştirakçılardan biri dirəyi fəth edib. Dirəkdən enən zaman isə müvazinətini itirərək yerə çırpılıb. Onlarla metr hündürlükdən yerə çırpılan yarış iştirakçısı dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər onun həyatı üçün təhlükənin mövcud olduğunu deyib.


Müəllif: Cavad