20 Fevral 2018 19:06
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:56

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.

Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, yanğın baş verən əraziyə təcili tibbi yardım briqadası da cəlb olunub.

/APA/


Müəllif: Teleqraf.com