20 Fevral 2018 18:44
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə sevdiyi qızın ailəsini qətl edən 20 yaşlı Ali Saral həbs edilib. Polislərin 8 saatlıq axtarışından sonra A.Saral yaşadığı Əsənlər kəndindəki boş evdə ələ keçirilib. O, polis geyimində məhkəməyə aparılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Balıkesir şəhərində yaşayan A.Saral ailəsi ilə birlikdə qız istəməyə gedib. Lakin qızın valideynləri onları əliboş geri qaytarıb.

A.Saralın valideynləri ilə evə qayıdıb. Saral ov tüfəngini götürərək yenidən qızın evinə gedib və qətliam törədib. O, elçi getdiyi Gülşən Çətinqayanın anasını, iki azyaşlı övladını öldürüb, dörd nəfəri isə (sevgilisini, onun qardaşını və daha iki nəfəri) yaralayıb.

A.Saral törətdiyi qətliamı Feysbukda canlı yayım edib. Video görünür ki, o yaralı şəxsə “son vəziyyətin budur” deyir.

Hadisə yerinə silah səslərini qonşular gəlib və təcili tibbi yardıma, polisə xəbər ediblər.


Müəllif: Ayxan