21 Fevral 2018 01:27
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Oqayo ştatındaki Massillon şəhərində məktəb şagird sinif yoldaşına odlu silahdan atəş açıb.

Teleqraf.com xəbər verir ki, məktəb binası boşaldılıb.

Hadisənin qəsdən və ya təsadüfən baş verdiyi hələlik məlum deyil.

Şagirdin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.


Müəllif: Teleqraf.com