22 Fevral 2018 00:14
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniyanın Geita şəhərində 6 yaşlı uşaq cadunun pozulması ayini zamanı anası tərəfindən öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Geita şəhərinin polis rəisi Mponjoli Mvabulambo mediaya açıqlamasında 6 yaşlı Frank Barikinin anası və onun rəfiqələri tərəfindən öldürüldüyünü deyib.

Onun sözlərinə görə, kilsədə çalışan iki qadın uşaqla birgə cadu təmizlənməsi ayinini icra etmək üçün 2 gün əvvəl kilsədən çıxıb.
Polis rəisi bir neçə gün sonra uşağın sinə və boynunda yaraları olan cansız bədəninin tapıldığını bildirib: “Şübhəlilər ilkin ifadəsində deyiblər ki, nənəsi uşağa “Pili Clement” adı ilə tanınan cadu olunduğunu bildirib və bu cadunun təmizlənməsi üçün onlara müraciət edib. Kiçik yaşlı uşağın ayin zamanı sinə və boynuna möhkəm zərbə vurulduğu üçün boğulduğu güman edilir”.


Müəllif: Kəmalə