22 Fevral 2018 16:05
9 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:16

Azərbaycanlı biznesmen Anar Əliyev Rusiyanın paytaxtı Moskvanın cənubunda güllələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, şəxsi avtomobilində olarkən hücuma məruz qalıb və başından güllə yarası alıb.

Hücumun sifarişli olduğu istisna edilmir. Hazırda 43 yaşlı Anar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Qeyd edək ki, Anar Əliyev Moskvada qida məhsulları, içkilər və tütün məmulatları topdansatış ticarətlə məşğul olurmuş.

***

15:37

Azərbaycanlı biznesmen Anar Əliyevin güllələnməsi ilə bağlı ilkin ehtimal açıqlanıb.

Ehtimalda hadisənin bazarın bölüşdürülməsi üstündə baş verdiyi qeyd edilib.

Rusiya mediasının yaydığı məlumatlarda son vaxtlar ölkədə eyni səbəblərə görə Azərbaycan əsilli biznesmenlərə qarşı hücumlar artdığı iddia olunub. Ötən il sentyabrın 18-də Rəhman Əliyev, bu il yanvarın 28-də Mahir Rüstəmov bazarla bağlı arazılıq səbəbindən güllələnib.

***

15:43

Başından aldığı güllə yarası ilə xəstəxanaya çatdırılan azərbaycanlı biznesmen Anar Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Bununla bağlı Moskva polisi məlumat verib. Bildirilib ki, qatil Əliyevin başına 4 atəş açıb.

***

15:55

Bu gün günorta saatlarında Moskvada güllələnən azərbaycanlı biznesmen Anar Əliyevin atası Rusiya mediasına danışıb.

O bildirib ki, oğlunun qətlinin səbəbləri ilə bağlı onda heç bir məlumat yoxdur:

"Mən biraz əvvəl hadisə ilə bağlı məlumat aldım və dərhal xəstəxanaya gəldim. Hadisənin səbəbləri ilə bağlı heç bir məlumatım yoxdur".

***

Moskvada güllələnən azərbaycanlı biznesmen Anar Əliyevin qətlə yetirildikdən sonra soyulduğu məlum olub.

Qatil onun avtomobilindan içərisində 11 milyon rubl (330 min AZN) olan diplomatını və açarları oğurlayıb.

Bu arada, qatilin görüntüləri təhlükəsizlik kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Hadisə yerindən ilk görüntülər:

Hadisədən bir neçə saniyə öncə Anar Əliyev şəxsi avtomobili ilə yaşadığı evin qarajından çıxanda təhlükəsizlik kameraları vasitəsilə görüntülənib:

Anar Əliyevin atası Rusiya mediasına açıqlama verdi:


Müəllif: Samir