22 Fevral 2018 23:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.


Müəllif: Teleqraf.com