12 Mart 2018 12:50
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:25

İranda qəzaya uğramış Türkiyənin "Başaran Holdinq"inə məxsus təyyarənin qara qutusu aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Çaharmahal və Bəxtiyari əyalətləri üzrə Qızıl Aypara cəmiyyətinin axtarış və xilasetmə idarəsinin rəis müavini Rza Zahiri məlumat verib.

O bildirib ki, xilasedicilər yerli vaxtla 03:00-da təyyarənin qəzaya uğradığı yerə çatıblar:

“Axtarış zamanı 8 cəsəd, 2 cəsədin isə qalıqları aşkar edilib. Bir cəsədin axtarışları isə davam edir”.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayılıb. Qəzaya uğrayan təyyarədə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başaranın qızı 28 yaşlı Minə və onun 7 rəfiqəsi olub. Məlumata görə, təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub.

***

Türkiyənin "Başaran Holdinq"inə məxsus təyyarənin qəzaya uğradığı yerdən ilk görüntülər yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir