15 Mart 2018 15:29
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:22

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

DTX-nin İctimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

***

12:18

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.

O, cinayət məsuliyyətinə cəlb edilib.

Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

Məlumatı Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: “Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu”./APA/

***

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb.

V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: “Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.

E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur.


Müəllif: Teleqraf.com